"Şəfa" yeni transferini açıqlayıb
13.08.2026 - 14:56
"Şəfa" yeni transferini açıqlayıb

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda Omar Abdulaye Diavla anlaşıb.

Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu son olaraq Belçikanın “Akren-Lessin” klubunda çıxış edib. O, ölkəsində isə “Olimpik Markkua” və “Krua” komandalarının formasını geyinib.