"Şəfa"da futbolçu qalmadı: DAHA ÜÇÜ GÖNDƏRİLDİ
18.06.2026 - 14:51
"Şəfa"da futbolçu qalmadı: DAHA ÜÇÜ GÖNDƏRİLDİ

“Şəfa” daha üç futbolçu ilə yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Rəvan Kazımov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ruslan Hacıyevin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb.

Daha əvvəl “Şəfa” klubu Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov və İbrahim Əliyev ilə də yollarını ayırıb.