"Şəfa"da yeni müqavilə - RƏSMİ
16.06.2026 - 12:48
"Şəfa"da yeni müqavilə - RƏSMİ

"Şəfa" futbolçusu Elnur Cəfərovla müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

29 yaşlı vingerlə 1 illik anlaşmaya imza atılıb.

Elnur Cəfərov 2025-ci ilin yanvarından "Şəfa"nın formasını geyinir. O, Misli Premyer Liqasına yüksələn komandanın aparıcı üzvlərindən biri olub.