Səhv edən hakim Premyer Liqadan kənarlaşdırıldı
18.02.2023 - 01:45
İngilis hakim Li Meyson XXIII turdakı səhvə görə daha Premyer Liqada işləməyəcək.
Apasport.az xəbər verir ki, 51 yaşlı hakim "Arsenal"ın "Brentford"la oyununda video köməkçi hakim kimi fəaliyyət göstərib. O, qonaqların hücumçusu Ayvan Touninin qolunu yoxlayarkən ofsayd xəttini çəkməyi unudub və nəticədə qol səhvən hesablanıb.
Premyer Liqanın baş hakimi Hovard Vebb Li Meysonun səhvinə görə "Arsenal"dan üzr istəyib. Topçuların baş məşqçisi Mikel Arteta bu üzrü qəbul etməyib.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb və "Arsenal" həmin qol sayəsində 3 xaldan məhrum olub.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."
0
0