Semir Bukviç: "Jelezniçar” üçün “Neftçi” ilə qarşılaşma çox çətin olacaq" - MÜSAHİBƏ
25.07.2023 - 11:42
Semir Bukviç: "Jelezniçar” üçün “Neftçi” ilə qarşılaşma çox çətin olacaq" - MÜSAHİBƏ

“Araz Naxçıvan”ın bosniyalı yeni transferi Semir Bukviçin apasport.az saytına müsahibəsi 

- "Araz Naxçıvan"a transferin necə baş tutdu? 
- Bura gəldiyim üçün çox xoşbəxtəm. Karyeramda irəliyə doğru atdığım addımdır. Bir müddət əvvəl təklif gəldi və tərəddüd etmədim, Azərbaycana gəldim. Atdığım addıma görə şadam.

- Azərbaycan Premyer Liqası barədə məlumatın var idi?
- Düzünü desəm, komandam haqda nəsə bilmirdim. Baş məşqçi ilə danışdım. O, mənə klub və hər şey haqqında bəzi məlumatlar verdi. Ona görə də, gəlməyə razılıq verdim. 

- Yeni komandanın ölkə çempionatındakı məqsədi nə olacaq?
- Bu mövsüm bizim üçün çətin olacaq. Çünki biz Premyer Liqanın debütantıyıq. Lakin ümid edirəm ki, hər şey yaxşıya doğruya gedəcək. Yaxşı nəticələr əldə edib, çox uzun müddət Premyer Liqada qalacağımıza inanıram. Buna gücümüz çatacaq.

- İlk dəfə deyil ki, legioner həyatı yaşayacaqsan. Bundan əvvəl Polşada oynamısan. Adaptasiya ilə bağlı nə deyə bilərsiz?
 - 2013/2014 mövsümündə Polşada “Varta Poznan”da oynamışam. Adaptasiya ilə bağlı heç vaxt problemim olmayıb. Yeni komandamda hamı ilə çox yaxşı münasibətimiz var. Artıq iki həftədən çoxdur ki, buradayam və biz bir ailə kimiyik. Hamı məni əla qəbul edib.

- Bir neçə gün əvvəl "Kəpəz"lə yoldaşlıq görüşü keçirdiz və matç 1:1 hesabı ilə başa çatdı. Görüş sənin üçün necə yadda qaldı?
- Bu oyun bütün futbol seqmentlərində “Turan Tovuz”a qarşı oynadığımızdan daha yaxşı oldu. Biz hər gün öyrənirik. Həm də günü-gündən daha yaxşı olmaq istəyirik. Mövsümə hazır olacağıq.

- Yeri gəlmişkən, təmsil etdiyin ölkənin avrokuboklardakı təmsilçisi "Jelezniçar" "Neftçi" ilə qarşılaşacaq. Bu matçla bağlı fikrin necədir və Bakıdakı görüşdə həmyerlilərinə dəstək olacaqsan?
- “Jelezniçar” üçün “Neftçi” ilə qarşılaşma çox çətin olacaq. Çünki Bakı təmsilçisi çox yaxşı komandadır. Onların çoxlu yaxşı oyunçuları var. “Neftçi” haqda o qədər də məlumatım yoxdur, amma komandamın bəzi oyunçularından bu klub barədə soruşmuşam. Mənə “Neftçi”nin yaxşı komanda olduğunu söylədilər. Vaxtım olsa, bəlkə oyuna baxmağa gedəcəm. “Jelezniçar”da çoxlu dostlarım var. Ola bilsin ki, oyundan iki gün əvvəl onlara baş çəkəcəm.

0