Gürcüstan milli komandasının futbolçusu Levan Şengeliyanın Azərbaycana transferi təxirə düşüb.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bu yay “Neftçi”nin transfer siyahısına düşüb.
Onun “Panetolikos”la müqaviləsi keçidə mane olub. Yunanıstan klubu anlaşması 2024-cü il iyunun 30-na qədər olan oyunçusu üçün böyük məbləğ tələb edib. Buna görə də, onun “Neftçi”yə keçidi baş tutmayıb. Amma Şengeliyanın Yunanıstan klubu ilə müqaviləsi başa çatdıqdan sonra “ağ-qaralar” onu heyətinə qatmaq üçün yenidən danışıqlar aparacaq.
Qeyd edək ki, Şengeliya “Dila”, “Torpedo”(Kutaisi), “Kolxeti Poti”, “Tubize”, “Dinamo”(Tbilisi),
“Konyaspor”, “Leven” klublarında oynadıqdan sonra 2022-ci ildə “Panetolikos”a transfer olub.
- Millinin baş məşqçisi: "Qazanılan qələbə gələcək üçün inam verdi"
- “Qarabağ”a qol vurmağın mükafatı bəlli oldu - ÖZƏL
- "Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub
- Qurban Qurbanov: "Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır"
- "Araz-Naxçıvan" əcnəbi məşqçiyə güvənən 21-ci komanda olub