Şenol Günəş: “Qardaş ölkə olsaq da...” - MÜSAHİBƏ
09.08.2023 - 20:08
Şenol Günəş: “Qardaş ölkə olsaq da...” - MÜSAHİBƏ

“"Neftçi" "Tirana"dan daha güclü rəqibdir. Sabah hər iki komanda üçün çox çətin olacaq”.

Apasport.az saytı xəbər verir ki, bunu “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş deyib.

Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Neftçi” ilə qarşılaşacaq İstanbul klubunun çalışdırıcısı gərgin oyun olacağını bildirib. O, rəqibə hörmətlə yanaşdıqlarını qeyd edib: “Bakıda olduğum üçün çox şadam. Həm rəqib komanda, həm də biz uğur qazanmaq istəyirik. Maraqlı və gərgin oyun olacaq.  Rəqiblə bir-birimizə yaxın komandayıq. Sabah da hər iki komanda üçün çox çətin olacaq. Ümid edirəm ki, haqq edən qazanacaq. Mərhəmətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq, yaşamaq fərqlidir. İnsanlar dəyərlidir, futbolçular da. Hər rəqib ciddidir. Maliyyə, baza, şərait baxımından fərqli ola bilərlər. İmkansızlıqlar içində uğurlu olan komandalar və futbolçular var. Hər matç önəmlidir. Yuxarıdan aşağı baxmağı insanı olaraq doğru deyil. İnsanın şöhrəti, pulu onun dəyərli olduğunu göstərməz. Sadəcə keçərli bir şeydir. Klublar da elədir. Sizdən daha güclü komandaya qalib gələ bilərsiz. Hər komanda ən yaxşısını etməyə çalışır. Futbolda zaman-zaman sürpriz sizi bu düşüncəyə sövq edə bilər. Azərbaycanda futbol keçmişə görə çox irəlilədir. Şərait, imkanlar daha yaxşıdır. "Neftçi"nin 9 çempionluğu, bir neçə kuboku var. Azərbaycanda "Qarabağ" da var, "Sabah" da yaxşı komandadır. Üç təmsilçi ilə Konfrans Liqasında oynayırlar. Futbola ciddi investitisiya edilib, iddiaları da üst səviyyədədir. Bəzən elə nəticələr qeydə alındı, bunu hər kəs sürpriz kimi gördü. Amma "Qarabağ" müntəzəm uğurlar qazandı. Biz qardaş ölkə olsaq da, udmaq üçün meydana çıxacağıq. Ümidvaram ki, elə olacaq”.

- Azərbaycanda da "Beşiktaş" azarkeşləri çoxdur. Onlara nə demək istəyərdiz?
- "Beşiktaş"ın Azərbaycanda çox azarkeşi var. "Sabah"la matçda biz buun şahidi olduq və əla dostluq matçı alındı. Buradakı qardaşlarımız, "Beşiktaş" azarkeşləri bizi dəstəklədilər. Onlara yaxşı futbol oynayıb, yaxşı nəticələr qazanacaq komanda yaratmaq istəyirik. Bura gələn heyət ən yaxşı heyətimizdir. Dostluq çərçivəsində matçı izləmələrini arzulayıram. Tiranada nələr olduğunu gördünüz. Partlayıcı maddələrin istifadəsi edilməsi aradan qaldırılmalıdır. Bu gün hava limanına gələnlər oldu. Sağ olsunlıar. Partlayıcı maddələr ziyandır və azarkeşlərə satılır. Bu, doğru deyil. Görütü olaraq gözəl görünə bilər. Amma xoş deyil. Azarkeşlərin təbəssümü fişənglərdən, partlayıcı maddələrdən daha yaxşıdır. Azarkeşlərə layiq komanda olmaq üçün çalışırıq. Digər davranışlardan, şiddətdən uzaq olmalarını istəyirəm. Bakıda olmayacağını düşünürəm. Çünki qardaş ölkələrin komandaları qarşılaşır.

- "Tirana" ilə matçdan fərqli olaraq dəyişikliklər olacaq? Ante Rebiç sabah oynayacaq?
- Cenk Tosun məşqlərə qatılır, amma bura gətirmədik. Raşid Gezzal məşqlərə başlamayıb. Masuakı da cəzalı olduğu üçün gəlmədi. Sabahkı heyəti bir gün sonra qərar verəcəyik. Hamının oynamaq şansı var. Ən yaxşı heyəti quracağıq.

- Bu günə qədər adınız Azərbaycanda milli və klublarla çox hallandı. Dəvət almışdınız?
- 2000-ci illərdə təklif almışdım. Çox dəyişiklik etməyi sevən deyiləm. Azərbaycanda olmaqdan şadam. Hazırda həyatımda da elə layihə yoxdur. İndi bir şey yoxdur. Ancaq keçmişdə təklif olmuşdu. Olmayan bir şey haqda danışmaq istəmirəm. "Beşiktaş"dan, camiədən çox məmnunam. Türkiyədən məşqçilər bura gələ bilər, futbolçular oraya gedə bilər. Futbol təcrübəsi olaraq, burada isti münasibətlər, həm də qarşılıqlı münasibətlərlə inkişaf etdirə bilərik. Sadəcə bəzi addımlar atmaq lazımdır. 

- Büdcədə, təcrübədə, yerli liqalarda "Beşiktaş" öndədir. Siz favoritsiniz. "Neftçi"nin sabahkı üstünlüyü nədədir?
- Sabahkı matçda qalib gəlmək rəqibin zəif tərəflərinə baxıram. Sözsüz, "Neftçi"də bizi təhlil edib. Sadəcə yaxşı konsentarsiya olmalıyıq. Hər iki komanda istəkli olacaq.
 

0