
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb.
Apasport.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası ünvanına sahib çıxıb.
Belə ki, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yeri tutub. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) 2-ci, Gürcüstan (125) isə 3-cü yeri tutub.
Xatırladaq ki, yığma üzvlərindən Məhəmməd-Bəşir Xanıyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.
Beləliklə, güləşçilərimiz bu Avropa çempionatını ümumilikdə 12 medalla tamamlayıb. Bunlardan 6-sı qızıl (3-ü yunan-Roma güləşi), 3-ü gümüş (1-i yunan-Roma, 1-i qadın güləşi) və 3-ü bürünc (2-si qadın güləşi) medal olub. Bu nəticə ilə də Azərbaycan 1-ci olub. Medal sayına görə Azərbaycan Türkiyə (17) və Ukraynadan (15) sonra 3-cü yeri tutub.
- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib