Sərbəst güləşçilərimizdən 3 medal
17.02.2024 - 23:36
Sərbəst güləşçilərimizdən 3 medal

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə ilk mükafatçılar müəyyənləşib.

Azərbaycan millisinin 3 üzvü də həlledici dueldə qüvvəsini sınayıb. Onlardan biri gümüş, ikisi bürünc medal qazanıb.

57 kq çəki dərəcəsində İslam Bazarqanov üçüncü yer üçün mübarizə aparıb. İslamiadanın gümüş medalçısının rəqibi ukraynalı Kamil Kərimov olub. İslam 10:8 hesabı ilə qalib gələrək, bürüncə sahib çıxıb.

65 kq çəki dərəcəsində Əli Rəhimzadə bürünc şansından yararlanıb. O, Avropa çempionatının ikiqat bürünc mükafatçısı fransalı Xamzat Arsamerzoyevi 4:0 hesabı ilə məğlub edərək, 3-cü olub.

97 kq çəkidə Maqomedxan Maqomedov ardıcıl 3-cü dəfə finalda qüvvəsini sınayıb. 2022-ci ilin qızıl, 2023-cü ilin gümüş mükafatçısı gürcü Givi Matçaraşvili ilə qarşılaşıb. O, ötən il olduğu kimi, yenə rəqibinə uduzub.

Qeyd edək ki, digər 5 sərbəst güləşçimiz bu gün xalça üzərinə çıxıb.

0