Serbiya – Azərbaycan matçının stadionu açıqlandı
03.08.2023 - 15:45
Serbiya – Azərbaycan matçının stadionu açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Serbiya ilə oyununun yeri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Avropa çempionatının seçmə mərhələsinin səfər görüşü Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək. Sentyabrın 12-də keçiriləcək matçın başlama vaxtı ilə bağlı dəqiqləşməyib.

Qeyd edək ki, Serbiya ilə matç yığmamızın AVRO-2025-in seçmə mərhələsindəki ilk oyunudur.

0