Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə qoşulub.
Apaspoort.az saytının məlumatına görə, 71 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 final çərçivəsində Mixal Takacslə (Slovakiya) üz-üzə gəlib.
Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.
O, 1/8 finalda gürcüstanlı Əsgər Madiyevlə döyüşəcək. Görüş iyunun 27-də olacaq.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib