
“Uğurlu nəticələrdən danışarkən “Qarabağ”ı qeyd etməliyik. Ötən illər olduğu kimi avrokuboklarda zəfər yürüşündə oldu”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
Assosiasiyanın bu gün keçirilən növbəti Konfransında çıxış edən funksioner 2022-ci ili dəyərləndirib. Ötən ili uğurlu hesab edən baş katib “Qarabağ”ın avrokuboklardakı çıxışını fərqləndirib: “Polşa, İsveçrə, Macarıstan çempionlarını məğlub etdi. Avropa Liqasından sonra Konfrans Liqasına yollandı. “Gent”Lə matçda təəssüflər olsun ki, yeni uğura, ilkə imza atmaq üçün idman xoşbəxtliyi çatmadı. Lakin biz əminik ki, növbəti illərdə həm “Qarabağ”, həm də digər klublarımız uğurlu nəticələrlə bizi sevindirəcək”.
O bildirib ki, FİFA referimiz Əliyar Ağayev bu mövsüm Azərbaycan tarixdə ilk dəfə olaraq, Çempionlar Liqasında oyun idarə edib və idarəçiliyi müsbət qarşılanıb.
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- "Qəbələ" - "Kəpəz" matçının başlama saatı bəlli oldu
- Azərbaycanın iki güləşçisi reytinq turnirində mükafatçılar sırasına düşüb