Türkiyə Super Liqasında XV turun “Sivasspor” – “Qalatasaray” oyununda VAR hakimi Özgüç Türkalp karyerasını bitirib.
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı ədalət təmsilçisinin özü açıqlayıb.
28 ildir referilik edən Türkalp yerli Hakimlər Komitəsinə verdiyi yazılı izahatında Sivasdakı matçda etdiyi səhvləri bilərəkdən etmədiyini bildirib. Onun sözlərinə görə, yanlış qərarlarında hansısa qərəzdən söhbət gedə bilməz.
Qeyd edək ki, “Qalatasaray”ın səfərdə 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra Türkiyə Mərkəzi Hakimlər Komitəsi "Sivasspor"un matçda sayılmayan qolunun yanlış qərar olduğundan Türkalpa bir daha təyinat verilməyəcəyini açıqlamışdı.
- Premyer Liqada klub sayı artırıla bilər - STADİON MƏSƏLƏSİ HƏLL OLSA...
- "AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil"
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”