
Azərbaycan Premyer Liqasının 2-ci turunda baş tutmuş "Səbail" -"Neftçi" matçından sonra xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, "ağ-qaraların" futbolçusu Ervin Koffi azarkeşlərlə mübahisə edib.
Buna səbəb uğursuz çıxışdan sonra "Neftçi" azarkeşlərinin futbolçuları tənqid etməsi olub. Əsəblərini cilovlaya bilməyən müdafiəçi tribunaya su butulkası fırladıb.
Məsələ azarkeş qrupunun Emin Mahmudovla söhbətindən sonra başlayıb. Onlar iradlarını kapitana bildirən zaman Koffi söhbətə müdaxilə edib. Məhz bundan sonra tərəflərin əsəbləri gərilib.
Bundan sonra insident böyüyüb. Yalnız polis əməkdaşlarının müdaxiləsi ilə tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, "Səbail" - "Neftçi" matçı 1:1 hesabı ilə başa çatıb.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL