Slavko Georgiyevskinin “Neftçi”nin oyununa PROQNOZU
03.08.2023 - 17:36
Slavko Georgiyevskinin “Neftçi”nin oyununa PROQNOZU

“Neftçi"nin qələbəsinə ümid edirəm. Düşünmürəm, amma istəyirəm ki, "ağ-qaralar" qalib gəlsin”.

Bunu apasport.az saytına "Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski deyib.

Şimali makedoniyalı futbol veteranı Bakı təmsilçisinin Konfrans Liqasının II təsnifat mərhələsində "Jelezniçar"la 
cavab görüşü barədə danışıb. O bildirib ki, oyunu da izləyək: “Adrian Mutu üçün evdəki ilk rəsmi görüşdür. Lakin onun üçün zaman lazımdır. Bu cür oyunda qalib gəlib, mərhələ adlamalıdırlar. Yaxşı oynamağa baxmaq lazım deyil, əsas mərhələ adlamaqdır. Mutu qısa müddətdir ki, komandaya rəhbərlik edir. Bir aydan sonra komandanın necə irəliləyəcəyinə baxacağıq. Bu gün əsas olan "Jelezniçar" səddini keçməkdir. Düşünmək yox, qələbə qazanmaq lazımdır. "Neftçi"nin "Jelezniçar"dan daha böyük büdcəsi var, şəraiti daha yaxşıdır. Bunu meydanda göstərmək lazımdır. Hər il azarkeşlərin komandadan gözləntisi olur. İnanıram ki, yaxşı alınacaq. "Neftçi" "Jelezniçar" səddini keçsin, sonra "Beşiktaş"la mümkün oyun haqda danışmaq olar".

Qeyd edək ki, “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da başlayacaq.

0