Sofronis Avqusti: “Hələ mərhələ adlamamışıq”
27.07.2023 - 22:34
Sofronis Avqusti: “Hələ mərhələ adlamamışıq”

“Burada yaxşı nəticə qazandıq. Birinci hissədə çoxlu səhvlər etdik”

Apasport.az-ın məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Sofronis Avqusti deyib.

Konfrans Liqasının II təsnifat mərhələsini ilk oyununda Qəbələdə qələbə qazanan Kipr təmsilçisinin çalışdırıcısı asan qollar buraxdıqlarını bildirib. O, cavab matçı ərəfəsində yaxşı üstünlük qazandıqlarını etiraf edib: “Rəqib komandanın əks-hücumlarda yaxşı oynadığını bilirdik. Buraxılan qollar zamanı bunun şahidi olduq. Hələ mərhələ adlamamışıq. Cavab matçına hazırlaşmalıyıq. Roman Bezus bu gün əla çıxış etdi və cərimə zərbəsindən əla qol vurdu. Səfərdə qazanılan sərfəli nəticəni öz meydanımızda qorumağa çalışacağıq”.

Qeyd edək ki, “Omoniya” mərhələnin ilk oyununda Qəbələdə 3:2 hesablı qələbə qazanıb.
 

0