Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, ilk yarış günü məhsuldar alınıb. Belə ki, açılış turunda heç-heçə qeydə alınmayıb.
I tur reytinq favorit olan Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb. Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub.
Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib. Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb. Ağ fiqurlarla yarışan Məmmədyarova Gülnar Məmmədovadan üstün olub.
Zeynəbin bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyalə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub. Nurtən Nuriyeva ilk turda istirahət edib.
Qeyd edək ki, builki Azərbaycan çempionatının ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb.
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək