“Spartak”ın baş direktoru: “Xoşbəxtlikdən matç bərpa olundu”
19.07.2023 - 00:12
“Spartak”ın baş direktoru: “Xoşbəxtlikdən matç bərpa olundu”

“Oyunun dayandırılması xoş deyildi. Matçın davam etdirilməsinin tərəfdarı idim”.

Apasport.az saytı xəbər verir ki, bunu “Spartak”ın baş direktoru Oleq Malışev deyib.

“Neftçi”nin Moskvada “Spartak”la keçirdiyi yoxlama oyunu zamanı azarkeşlər tribunalarda fişənglər yandırması və  meydanı tüstü bürüməsi üzündən hakimlər görüşü yarımçıq saxlamalı olublar. Moskva klubunun rəsmisi Oleq Malışev təhlükəsizlik səbəbindən belə addım atıldığını qeyd edib: “Təhlükəsizlik qaydalarına görə, meydan tüstü ilə örtüləndə oyun dayandırlır. Xoşbəxtlikdən matç bərpa olundu. Stadiondakı atmosfer çox əla idi”.

Qeyd edək ki, “Spartak” - “Neftçi” yoxlama matçı 78-ci dəqiqədə müvəqqəti dayandırılıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 

0