"Mən söz vermişdim qızıl medalla qayıdacam, nəhayət ki oldu".
Bu sözləri APA-nın yerli bürosuna Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük üzrə qızıl medal qazanan Süleyman İsmayılzadə deyib.
İdmançımız bu günkü yarışın çox çətin keçdiyini bildirib: “Bu gün mübarizə çox gərgin keçdi. 400 metr məsafədə sərbəst üsulla üzməklə böyük səy göstərdik. Çətin rəqiblərim olmasına baxmayaraq birinci oldum. Vətənimin bayrağını yüksəyə qaldırdım və bununla çox fəxr edirəm. Çox sevinirəm bu günkü qızıl medala görə. Bu, hamımızın böyük bir qələbəsidir. Buradan şəxsi məşqçimə dərin təşəkkürümü bildirirəm. Onsuz mən bu nəticəyə çata bilməzdim. Mən həmişə fəxr edirəm ki, Azərbaycanlıyam və mənə dəstək olan hər kəsə minnətdaram”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib