"Sumqayıt"dan növbəti transfer: Beninli vingerlə 3 illik müqavilə
31.07.2025 - 18:26
"Sumqayıt"dan növbəti transfer: Beninli vingerlə 3 illik müqavilə

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb.

20 yaşlı cinah oyunçusu "Sumqayıt"da "25" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" FK heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.