"Göztepe"dən yeni transfer: Braziliyalı müdafiəçi
01.08.2025 - 17:41

"Göztepe" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Türkiyə təmsilçisi Ruan Qreqorio Tekseriyanı rənglərinə bağlayıb.
Braziliyalı arxa xətt oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu, müdafiəçinin Amerika qitəsi xaricində ilk klubu olub.
0
0