Elçin Məsiyev ÇFR - "Braqa" matçında
01.08.2025 - 16:28

Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, FIFA referisi Avropa Liqası 3-cü təsnifat mərhələsinin ÇFR (Rumıniya) - "Braqa" (Portuqaliya) matçını idarə edəcək.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da İspaniyadan Sezar Soto Qrado, AVAR-da isə onun həmyerlisi Alexandro Munyis Ruis olacaq.
Qeyd edək ki, ÇFR - "Braqa" qarşılaşması 7 avqust tarixində Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
- ÇL: “Qarabağ” “Benfika” səfərində - YENİLƏNİR
- Kadi Borges: “Ən yaxşı oyunlarımızdan birini oynayacağıq”
- Qurban Qurbanov: “İstədiyimiz kimi hazırlaşa bilmədik”
- Dino Ndlovu: “Qarabağ”da hər zaman xarakter var”
- “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
0
0