“Sumqayıt” Braqadan cavab gözləyir
28.06.2023 - 16:37
“Sumqayıt” Braqadan cavab gözləyir

“Sumqayıt” heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi  Vasko Braqanın keçidini həll etməyə yaxındır.

“Penafiel”in yarımmüdafiəçisinin transferi ilə bağlı danışıqlar davam edir. Bu yay azad agent statusu alacaq 29 yaşlı portuqaliyalı Azərbaycanda oynamağa ilkin razılıq verib. Əgər tərəflər maliyyə məsələsində razılıq əldə etsə, Vasko “Gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək. 

Qeyd edək ki, Braqa karyerası ərzində “Varzim”, “Vianense”, “Vilaverdense”, “Merelinense” klublarında çıxış edib.
 

0