"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb.
Futbolçu "Neftçi" ilə matçda qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra əsəblərinə hakim ola bilməyib. O, meydanı tərk edərkən şüşə qapıya zərpə endirib.
"Apasport"a verilən məlumata görə, yarımmüdafiəçi yaxın saatlarda əməliyyat olunacaq.
Onun ayaq nahiyəsində ciddi kəsiklər yaranıb. Səbuhi cərrahi müdaxilədən sonra bərpa prosesi keçəcək. Onun yaxın aylarda meydanlara qayıtması gözlənilmir.
Buna baxmayaraq, Abdullazadənin zədəsi karyerasına zədə vuracaq qədər faciəvi deyil.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı qonaqların qələbəsi ilə nəticələnib - 3:1.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"