“Sumqayıt”dan ayrıldı - Sabiq klubuna geri qayıtdı
01.02.2026 - 19:57
“Sumqayıt”dan ayrıldı - Sabiq klubuna geri qayıtdı

“Sumqayıt”un futbolçusu Pedro Pintonun yeni adresi bəlli olub.

Apasport.az xəbər verir ki, portuqaliyalı müdafiəçi karyerasını Anqolada davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı oyunçu sabiq komandası “Petroleos de Luanda”ya geri qayıdıb.

Qeyd edək ki, Pedro Pinto mövsümün əvvəlində "Sumqayıt"a keçmişdi.