“Sumqayıt”dan yeni transfer
19.09.2026 - 22:32
“Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu Təbrizin “Traktor” kollektivi olan qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb.
28 yaşlı isveçli futbolçu “16” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Malmö” yetirməsi olan Marko Yohansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib. O, vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.
- “Şirvan” və “Qaradağ Lökbatan”dan qələbə
- Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
- Əvəzedicilər Liqası: IX turun təyinatları bəlli olub
- Rauf Əliyev "Vikinq"in təhlükəli tərəfini açıqladı: "Bu bizə çətinlik yarada bilər"
0
0