
"Sumqayıt" yeni transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.
Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.
- “Zirə” “Qarabağ”la matçın hazırlıqlarını davam etdirir
- İslandiyanın baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"
- Elvin Məmmədov: "Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox"
- "Şəki"nin yeni baş məşqçisi bəlli olub - FOTO
- İsaak Amoah: "Müsbət nəticələrin gələcəyinə inanıram"