Taekvondo üzrə məşqçi-müəllimlərin seminarı başladı
23.01.2024 - 12:05
Taekvondo üzrə məşqçi-müəllimlərin seminarı başladı

Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı öz işinə başlayıb.

Federasiyadan apasport.az-a verilən məlumata görə, ATF-in texniki direktoru Oh Kvang Çeolun rəhbərlik etdiyi təlimlərə III və daha yuxarı Dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.

Seminardan öncə ATF-in vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüb. Onlarla fikir mübadiləsi aparan vitse-prezidentlər çalışdırıcılara uğurlar arzulayıb.

Qeyd edək ki, seminar yanvarın 26-da başa çatacaq.

0