İnsbrukda keçirilən taekvondo üzrə açıq Avstriya çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi G1 kateqoriyalı beynəlxalq yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.
Böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çempionatda çıxış edən yığmamızın heyətində Cavad Ağayev (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçuya qalib gələrək, Avstriyada Azərbaycan himnini səsləndirib.
Komandamızın aktivinə digər mükafatı Taleh Süleymanov (87 kq) yazdırıb. Reytinqinə görə ilk mərhələdən azad olan idmançı mübarizəyə 1/8 finalda Polşa təmsilçisi ilə başlayıb. İnamlı qələbə qazanan Süleymanov daha sonra Qazaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşüb və rəqib qələbə qazandığından Taleh bürünc medala sahib olub.
Qeyd edək ki, komandamız Bakıya sabah qayıdacaq.
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək