Taekvondoçularımızdan Batumidə 12 medal
18.09.2023 - 15:03
Taekvondoçularımızdan Batumidə 12 medal

Gürcüstanda keçirilən taekvondo üzrə Batumi açıq turniri başa çatıb. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan klubları yarışda 12 medal qazanıblar. 

Azərbaycan Taekvondo Federasiyasının Masallı Regional Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüyə yüksəlib. Pünhan Heydərli (33 kq) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) ikinci, Murad Cahangirov (41 kq) üçüncü yeri tutub. 

“Alpman” klubu ölkəmizə 3 qızıl və 2 bürünc medalla dönüb. Komandada uşaqlar arasında Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Aziza Məmmədova və Səidə Həsənova (47 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kq, uşaqlar) ilə Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər. 

“Alov” Taekvondo Klubunun  məşqçisi Asim Xudiyevin yetirmələrindən Günər Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü pillədə qərarlaşıb.  
Digər medallarımızı Gündüz Abdullayevin yetirməsi İbrahim ("Azəri" TK) Qədimov (54 kq, kişilər), Vüqar Kərimovun yetirməsi Ülvi Məmmədov (36 kq) əldə edib. Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar. 

Beləliklə, 3 yaş qrupu üzrə klublarımız 5 qızıl, 3 gümüş və 4 bürünc medalla Vətənə dönüblər.
 

0