Azərbaycan taekvondoçuları Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günündə yığmamız aktivinə daha bir medal əlavə edib.
Komanda yarışında ölkəmiz bürünc mükafata yiyələnib. Sankt-Peterburq Lesqafta Universitetinə (Rusiya) 80:45 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinalda Ural Dövlət Bədən Tərbiyəsi Universitetinə (Rusiya) 38:54 hesabı ilə məğlub olaraq 3-cü yeri tutub.
Beləliklə, baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yığma festivalı 6 medalla başa vurub. Komanda yarışlarından öncə fərdi mübarizədə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İskəndərov (63 kq) və Adil Eyvazov (58 kq) isə bürünc medala sahib olub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək