Tahir Gözel: "Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur"
14.03.2024 - 17:08
Tahir Gözel: "Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur"

“Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram". 

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözel klubun mətbuat xidmətinə UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Bayer"lə cavab oyunu barədə danışarkən deyib.

Klub prezidenti Almaniyada keçiriləcək oyunla bağlı fikirlərini bildirib: "Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.

Tahir Gözel komandamızdan əzmkar mübarizə gözləyir: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu saat 00:00-da başlayacaq.

0