Tahir Gözel Qurban Qurbanovla görüşdü
11.07.2023 - 11:11
Tahir Gözel Qurban Qurbanovla görüşdü

Çempionlar Liqasında mübarizəyə başlayacaq “Qarabağ”ın prezidenti Tahir Gözel komandanın məşqçilər korpusu ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Gözəl Cəbəllütariqdə komandanın düşərgəsini ziyarət edib. O, baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına yeni mövsümdə müvəffəqiyyətlər arzulayıb. 

Klub rəhbəri hər zaman "Qarabağ"a inandığını bildirib və “Linkoln”la qarşılaşmalarda komandaya uğurlar arzulayıb. O, bu görüşdə komandanın yanında olacağını bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

0