Taleh Məmmədovdan Xorvatiyada qızıl medal
04.02.2023 - 23:09
Taleh Məmmədovdan Xorvatiyada qızıl medal

Xorvatiyada keçirilən güləş üzrə reytinq xarakterli “Zagreb Open” turniri sona yaxınlaşır.

Apasport.az xəbər verir ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb. 

Bunlardan Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. O, finalda Arif Hüseyn Məhəmmədiyə (İran) 7:2 hesabı ilə qalib gəlib.
 

0