Tel "Mançester Yunayted"in hədəfində
17.02.2024 - 00:24
Tel "Mançester Yunayted"in hədəfində

"Mançester Yunayted" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub "Bavariya"nın 18 yaşlı cinah oyunçusu Matis Tellə maraqlanır.

"Qırmızı şeytanlar” artıq Telin nümayəndələri ilə əlaqə saxlayıb. Futbolçunun özü "Bavariya"da qalmaq və Münhen klubunun əfsanəsi olmaq istəyir. Bununla belə, oyunçu heyətdəki yer uğrunda rəqabətdə uduzarsa, gələn təklifləri nəzərdən keçirəcək.

Xatırladaq ki, Tel bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

0