
“Mənim üçün də yad turnirdir. Amma uşaqlarla məşqdə danışırıq, maraqlı olacağını düşünürük”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı"nın futbolçusu Təmkin Xəlilzadə deyib.
O, yarışdan əvvəl təşkil olunmuş mətbuat konfransında bildirib ki, ölkəmizi layiqincə təmsil etmək üçün əllərindən gələni edəcəklər: “İnanıram ki, alnıaçıq şəkildə qayıdarıq. Məşqlərimiz davam edir, yaxşı hazırlaşırıq”.
Qeyd edək ki, "Birbaşa Bakı" Çempionlar Liqasının C qrupunda "Prestij" (Albaniya), "Volta" (Moldova) və "Maqufana" (Yunanıstan) ilə oynayacaq.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə
- Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək