Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə uğura imza atıblar.
Apasport.az xəbər verir ki, idmançılarımız 32-ci Ostrava Qran-prisində 5 mükafat qazanıblar.
Fatimə Alkərəmova sərbəst üsulla 1500 m məsafəni 18 dəqiqə 20,38 saniyəyə qət edib. O, bürünc medala layiq görülüb.
Kişilərin eyni növdə yarışında yığmamız iki medal qazanıb. Süleyman İsmayılzadə məsafəni 15 dəqiqə 35,95 saniyəyə qət edərək gümüş, Oqtay Hüseynov 15 dəqiqə 45,01 saniyə nəticə ilə bürüncə sahib çıxıb.
Butterflyayla 200 m məsafədə də iki mükafat əldə olunub. Ramil Vəlizadə (2 dəqiqə 2,65 saniyə) gümüş, Əbdürrəhman Rüstəmov (2 dəqiqə 5,91 saniyə) bürünc medal qazanıb.
Qeyd edək ki, Çexiyada təşkil olunan yarışa sabah yekun vurulacaq.
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb