Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu və WT-nin baş katibi Seo Jeonqkanq Azərbaycan Taekvondo Federasiyasının (ATF) qonağı olublar.
Apasport.az saytının məlumatına görə, qonaqlar Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, ATF prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayevlə görüşüblər.
Görüşdə onlara ölkəmizdə taekvondonun hazırkı durumu barədə məlumat verilib, bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın taekvondo üzrə dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubiley tədbirinə ev sahibliyi etməsi tarixi hadisədir.
BOK və WT prezidentləri ardınca ATF-in idman zalında məşq edən taekvondoçularla da söhbət ediblər. Onlara xatirə hədiyyələri təqdim edən qonaqlarla komanda ilə xatirə şəkli də çəkdiriblər.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək