"Tottenhem" "Sportinq"in baş məşqçisini gətirmək istəyir
22.03.2023 - 20:49
"Tottenhem" "Sportinq"in baş məşqçisini gətirmək istəyir

"Tottenhem" rəhbərliyi baş məşqçi Antonio Kontenin dəyişdirilməsini nəzərdən keçirir.

Apasport.az xəbər verir ki, onun milli komandaların matçları vaxt yaranan fasilə zamanı dəyişdiriləcəyi gözlənilir.

Mövsümün sonuna qədər komandaya baş məşqçiliyin 2021-ci ildə Juze Mourinyunun işdən çıxarıldıqdan sonra bu vəzifəni artıq yerinə yetirmiş Rayan Meysona tapşırılacağı deyilir.

London klubunun rəhbərliyi "Sportinq"in baş məşqçisi Ruben Amorimlə maraqlanır. Onun Portuqaliya klubundan ayrılması üçün kompensasiya miqdarı 20 milyon avrodur. Həmçinin, "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino, Tomas Tuxel, Luis Enrike və Roberto de Dzerbinin namizədliyi də baxılır.

0