“Tottenhem”dən 3 milyonluq transfer
19.07.2023 - 12:52
“Tottenhem”dən 3 milyonluq transfer

“Tottenhem” heyətinə növbəti transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, London klubu Eşli Fillipsi heyətinə qatıb.

18 yaşlı müdafiəçi “Blekbern”dən transfer olunub. Gənc ingiltərəli üçün 3 milyon avro ödənilib.

Qeyd edək ki, Fillips ötən mövsüm “Blekbern”də 14 matç keçirib.

0