Tovuzda "sülh", “Qarabağ”dan darmadağın - YENİLƏNİB
11.03.2023 - 19:52
Tovuzda "sülh", “Qarabağ”dan darmadağın - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXVI turun iki matçı keçirilib.

Apasport.az saytının məlumatına görə, ikinci oyun gününə Tovuzda start verilib.

Turnir cədvəlinin orta pillələrində qonşu olanların duelində “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Meydan sahibləri ilk “beşliy”ə yaxınlaşmaq üçün qalib gəlməli olsalar da, bunu bacarmayıblar. Onlar hesabı açsalar da, “qırmızı-qaralar” məğlubiyyətdən qaçıblar.

Günə liderlə autsayderin oyunu ilə yekun vurulub. Cari mövsümdə uduzmayan “Qarabağ” Premyer Liqada qalmaq üçün döyüşən “Səbail”i sınağa çəkib. İlk hissədə 2, ikinci 45 dəqiqədə 1 dəfə fərqlənən Ağdam təmsilçisi darmadağına sevinib. 

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
XXVI tur
11 mart (şənbə)
15:00. “Turan Tovuz” – “Qəbələ” - 1:1
Qollar: 
Runi Eva, 19 (pen.) - Felipe Santos, 39
Baş hakim: Rauf Cabarov
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Tovuz şəhər stadionu

18:00. “Qarabağ” – “Səbail” - 3:0
Qollar: 
Elvin Cəfərquliyev, 24. Musa Qurbanlı, 34, Julio Romao, 53
Baş hakim: Rəvan Həmzəzadə
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev
“Azersun Arena”

1

Qarabağ

26

21

5

0

64-15

68

2

Sabah

26

18

5

3

57-18

59

3

Neftçi

25

16

4

5

46-22

52

4

Zirə

26

10

7

9

30-34

37

5

Qəbələ

26

8

9

9

30-32

33

6

Turan Tovuz

26

7

6

13

20-34

27

7

Sumqayıt

26

5

6

15

17-44

21

8

Kəpəz

26

4

9

13

25-47

21

9

Şamaxı

25

4

8

13

23-40

20

10

Səbail

26

4

5

17

19-45

17

Bombardirlər: Musa Qurbanlı - 18 qol, Ramil Şeydayev (hər ikisi "Qarabağ") - 17 qol, Emin Mahmudov ("Neftçi") - 13 qol

0