Transferlər üçün 19,7 milyard avro
25.07.2023 - 10:34
Transferlər üçün 19,7 milyard avro

Səudiyyə Ərəbistanı klublarının 2030-cu ilədək transferlərə xərcləyəcəyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, ölkənin idman nazirliyi bu məqsədlər 19,7 milyard avro ayırıb.

Dövlət büdcəsindən ayrılan bu vəsait klublar arasında bölüşdürülür. Bu təxminən illik 2,5 milyard avrodur.

Qeyd edək ki, hazırda ərəb klublarının əsas hədəfi Kilian Mbappedir. “Əl-Hilal” onun üçün PSJ-yə 300 milyon, hücumçunun özünə 700 milyon avro təklif edib.
 

0