Trossarın “Dalğa-Arena”nın ot örtüyünə qiyməti - ən pis idi
09.09.2023 - 21:27
Trossarın “Dalğa-Arena”nın ot örtüyünə qiyməti - ən pis idi

“Qarşılaşdığım ən pis meydançalardan biri idi”.

Apasport.az saytı xəbər verir ki, bunu Belçika yığmasının üzvü Leandro Trossar deyib.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Belçika komandasının yarımmüdafiəçisi “Dalğa-Arena”nın ot örtüyündən şikayətlənib. O, qazanılan üç xalı dəyərləndirib: “Meydanın örtüyü bizim xeyrimizə deyildi. Amma bu, bizə bəraət qazandırmır. Biz qol imkanları yaratdıq, mənim zərbəm dirəkdən döndü. Hesabın 1:0 olması bizim daha çətin vəziyyətə düşə biləcəyimizi göstərir. Əsas odur ki, çətin səfərdə üç xal qazandıq”.

Qeyd edək ki, Belçika yığması Bakida 1:0 hesabı ilə çətin qələbə qazanıb.
 

0