“Turan Tovuz” “İmişli”ni məğlub etdi - YENİLƏNİB
16.08.2025 - 19:03
“Turan Tovuz” “İmişli”ni məğlub etdi - YENİLƏNİB

Misli Premyer Liqasında I tur davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start verilib.

“Turan Tovuz” “İmişli”nı qəbul edib. Görüş 17:00-da start götürüb.

Matçı Kamal Umudlu idarə edib.

Oyunun taleyini 1 qol həll edib. Matç "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası
I tur
16 avqust
17:00. “İmişli” – “Turan Tovuz” 0:1

Qol: F. Ozobiç, 90+9.
“İmişli”: 
33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Cəfərli, 94. Rafael Vieqas, 14. Ronaldo Rodriqes, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç
Baş məşqçi: Xorxe Kaskilya
“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 23. Alexandro Serrano, 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu

Qeyd edək ki, turun ilk görüşü - “Karvan-Yevlax” – “Qəbələ” oyunu heç-heçə (1:1) başa çatıb. Turun digər 2 görüşü isə sabah keçiriləcək.