Premyer Liqa: Debütantdan inamlı qələbə
16.08.2025 - 20:52
Premyer Liqa: Debütantdan inamlı qələbə

İngiltərə Premyer Liqasında I turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Nyukasl" "Aston Villa" ilə qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib - 0:0.

Turun digər görüşündə çempionata 8 il sonra geri qayıdan "Sanderlend" öz meydanında "Vest Hem"i qəbul edib. Matç debütantın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə Premyer Liqası
I tur

15:30. "Aston Villa" - "Nyukasl" - 0:0
18:00. "Sanderlend" - "Vest Hem" - 3:0
18:00. "Tottenhem" - "Börnli" - 3:0
18:00. "Brayton" - "Fulhem" - 1:1