Azərbaycan millisi 3-cü yer uğrunda matça çıxacaq - YENİLƏNİB
16.10.2026 - 16:15
Azərbaycan millisi 3-cü yer uğrunda matça çıxacaq - YENİLƏNİB

Bu gün Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.

Apasport.az xəbər verir ki, komanda Rumıniya millisi ilə qarşılaşıb.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan komandası üçüncü yer uğrunda görüşdə Macarıstan millisi ilə üz-üzə gələcək. Macarıstan yığması yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığma qrup matçlarında Birləşmiş Ərəb Əmirlikləri və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib, Rumıniya ilə heç-heçə (3:3) edib.