“Turan Tovuz” Moldova millisinin futbolçusunu gətirdi
09.01.2023 - 14:30
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Denis Marandiçi ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Moldova millisinin də şərəfini qoruyan 27 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində Portuqaliyada “Leyriya” və Sloveniyada “Çelye”nin formasını geyinib.
Qeyd edək ki, “Turan Tovuz” Misli Premyer Liqasında 18 turdan sonra 17 xalla turnir cədvəlinin altıncı pilləsində yer alır.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
0
0