"Turan-Tovuz"dan üç qollu qələbə - YENİLƏNİB
04.08.2023 - 21:54
"Turan-Tovuz"dan üç qollu qələbə - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə start verilib.

Apasport.az saytının məlumatına görə, çempionatın açılış günündə bir oyun keçirilib.

Mövsümün ilk matçı “Dalğa Arena”da “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında baş tutub. Premyer Liqaya son iki ildə yüksələn komandaların oyununda qonaq komanda qələbə qazanıb. Birinci hissədə tərəflərin səylərinə baxamayaraq, hesab açılmayıb. Fasilədən sonra tovuzlular ələ düşən fürsətlərdən istifadə ediblər. Ayxan Abbasovun yetirmələri rəqib qapısından üç cavabsız top keçiriblər. Martin Petkov dubl edərək, uğurda böyük pay sahibi olub.

Qeyd edək ki, tura avqustun 6-da yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
I tur
4 avqust
20:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 0:3
Qollar: 
Petkov, 53; 87. Otto Con, 67
Baş hakim: İnqilab Məmmədov
“Araz-Naxçıvan”: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 30. Otto Con, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Bakı. “Dalğa Arena”

0