"Turan Tovuz"dan yeni müqavilə
01.02.2024 - 23:19
Azərbaycan Premyer Liqası təmsilçisi "Turan Tovuz" gənc futbolçusu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, Sadiq Şəfiyev daha 3 il komandada çıxış edəcək.
Şəfiyev 2022/2023 mövsümündən klubun əsas komandasında oynamaq şansı qazanıb. 18 yaşlı hücumçu bu mövsümdə 4 oyunda meydana çıxıb.
Qeyd edək ki, Sadiq Azərbaycanın aşağı yaş qruplarında milli komandalarda da oynayıb.
- Simiçdən “Sabah” azarkeşlərinə çağırış: “Stadionu doldurun!”
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
0
0