"Turan Tovuz" yeni mövsümdən etibarən stadionuna elektron bilet sisteminə keçir.
Apasport.az xəbər verir ki, bu yenilik stadionun UEFA standartlarının tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.
Birbilet.az ilə əməkdaşlıq çərçivəsində azarkeşlər artıq kassaya gəlmədən biletləri onlayn şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, mövsümlük bilet əldə etməklə stadionda ən ideal yeri seçmək və mövsümboyu bütün oyunları eyni yerdən izləmək olar.
Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora dəvətnamələri stadionun kassasından ödənişsiz əldə etmək mümkündür.
Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.
Mövsümün ilk oyunu üçün biletlər sabah saat 11:00-dan satışa çıxarılacaq.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək